Rəqsanənin qızından göbəyiaçıq libas – fotolar

Rəqsanənin qızından göbəyiaçıq libas – fotolar
8823 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun ötən gün fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.

Axşam.az-ın məlumatına görə, Aysun anasının “Yaşıl Teatr”da baş tutan konsertinə geyindiyi göbəyiaçıq libası ilə diqqəti cəlb edib.

Qeyd edək ki, modelyer kimi fəaliyyət göstərən A.İsmayılova bundan sonra özünü aparıcı kimi də sınayacaq.

Bu haqda müğənni “Hər şey daxil” verilişində deyib. O, qızı ilə birlikdə veriliş hazırladıqlarını və sentyabrdan yayımlanacağını vurğulayıb:
 
“Proqramı Aysunla birlikdə mən də aparacam. Maraqlı süjetlər hazırlayırıq. Verilişdə qızımın hazırladığı eksklüziv geyimlər nümayiş olunacaq. Proqram sırf qadınlara həsr ediləcək. Sənətçilər də verilişə dəvət olunacaq. Ən əsası isə, hər ay bir ananı sevindirəcəyik”.

Foto: Rəşad ABBASOV