Sevincdən yeni mahnı+ fotosessiya

Sevincdən yeni mahnı+ fotosessiya
14071 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevinc Musayeva bir müddətdir, gizli saxladığı layihəsini nəhayət ki, tamamlayıb.

Axşam.az-ın məlumatına görə, Ukraynanın məşhur şirkətlərindən biri ilə əməkdaşlığa başlayan sənətçi ukraynalı bəstəkarın “Leto” ("Yay") mahnısını oxuyub. Rus dilində yazılan bəstəyə "Bakı" sözü əlavə olunaraq, adıçəkilən ölkədə aranjiman edilib. Müğənni mahnını öz dilimizdə də səsləndirəcək. O, öz ifasını dəniz kənarındakı yeni fotosessiyası ilə birgə təqdim edib.

Qeyd edək ki, müğənninin Ukrayna musiqi aləmi ilə vasitəçisinin bizim yerli məşhurlardan biri olduğu deyilsə də, onun kimliyi sirr saxlanılır. Layihənin müəllifi və məbləği də açıqlanmır. Mahnının Ukraynada da piarı üçün işlər görüləcək. S.Musayeva bu bəstənin başlanğıc olduğunu və uğurlu alınarsa, Ukrayna ilə layihələrin davam etdiriləcəyini bildirib.