Pop ulduz Britni Spirs ciddi səylə çalışsa da, əvvəlki məşhurluğunu geri qaytara bilmir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 10 il əvvəlki halına qayıtmaq üçün dəridən qabıqdan çıxan ulduz nə xarici görünüşü, nə də sənəti baxımından buna nail olmağı bacarmır.
Hər zaman uşaqlarına və sevgilisinə vaxt ayıran Britni əyləncə gecələrini də idmanla əvəzlədiyini söyləyir. Sağlam həyat tərzi yaşadığını deyən Britninin siqaretlə fotosu yayılıb. Pərəstişkarları ifaçının bu şəklindən çox təəccübləniblər.