Bir müddət əvvəl çəhrayı saçları ilə maraq doğuran Rihannadan sonra daha bir ifaçı bu addımı atmaq qərarına gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Rita Ora yeni saç dümüzü ilə Rihannanı təkrarlayıb.
Amma ondan fərqli olaraq Rita həmin saç rənginə başqa tonlar qataraq bir az dəyişik görünüş alıb. Bu formada Amsterdamda radiolardan birinə qonaq olan sənətçi yeni görünüşündən çox məmnun qaldığını deyib. O, tamaşaçıların diqqət mərkəzində olmaq üçün risk etməyin vacibliyini vurğulayıb.