Müğənni Samir Piriyev imicində dəyişiklik edib.
Axşam.az-ın məlumatına görə, hər zaman klassik geyimlərə üstünlük verən sənətçi bundan sonra daha rəngarəng libaslar geyinəcəyini, idman üslubuna keçəcəyini bildirib:
“Prodüser Anar Mədətov belə məsləhət görür. O, geyimlərimi seçməkdə mənə çox kömək edir. Daha rəngarəng geyinməyimi, fərqli saç düzümü etməyimi istəyir. Görürəm ki, onun bu məsləhətləri daha yaxşıdır”.