Prodüser Təranə Səmədovanın plastik əməliyyat edilməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, burnundan əməliyyat olunan prodüser “Şou+” verilişinə müsahibə verib. Təranə prosesin 4 saat davam etdiyini deyib:
“Əməliyyata günorta saat birdə girdim. Saat altıda isə anamın səsini eşidirdim: nəsə olub?”.
Təranə əməliyyatdan sonra ona qoyulan qadağalardan da danışıb:
“Hamı bilir ki, mən eynək vurğunuyam. Onsuz qala bilmirəm. Anam avtomobilimdə olan bütün eynəkləri evə yığıb ki, istifadə etməyim. Həkim üç ay eynək taxa bilməyəcəyimi deyib”.
Qeyd edək ki, Təranə Səmədova “İstanbul Estetik Klinikası”nda əməliyyat olunub.