Özünü kişi edən türkiyəli aktrisanı döydülər - fotolar
Dünya
12:23 / 02.07.14
6673dəfə oxunub
A-
A
A+
Ötən il cinsiyyətini dəyişərək kişi olan türkiyəli aktrisa Nil Ərkoçlar (indiki adı Rüzgar) Cahangir adlanan yerdə görüntülənib.
Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, o, əli ilə üzünü örtərək ağır günlər keçirdiyini və şəkillərinin çəkilməsini istəmədiyini deyib: "Şəklimi çəkməyin. Çox çətin günlər yaşayıram. Mübarizə etməyə, ən vacibi, yaşamağa çalışıram".
Aktrisa daha sonra jurnalistlərə açıqlamasında döyüldüyünü etiraf edib: "Heç kim məni başa düşmür. Bu səhər işə gedəndə məni döydülər. Sizdən və türk xalqından məni başa düşməyinizi istəyirəm".
R.Ərkoçlar daha sonra sevgilisinin evinə yollanıb.
Qeyd edək ki, "Əmr et, komandirim!" serialında Fato rolu ilə tanınan Nil Ərkoçlar bir sıra reklamlara da çəkilib.