Azərbaycanlı model sevgilisinə qarğış edib ayrıldı - fotolar

Azərbaycanlı model sevgilisinə qarğış edib ayrıldı - fotolar
11078 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddətdir, sevgili olan model Səbinə Allahverdiyeva və aparıcı Cavid Gül ayrılıb.

Bu haqda Axşam.az saytına model özü məlumat verib. O deyib ki, şəxsi həyatıyla bağlı gündəmə gəlmək istəmir:

"Amma etiraf edim ki, Cavidlə bir neçə gündür, ayrılmışıq. Mənə qarşı düzgün olmayan hərəkətlər etdi. Mən də ayrıldım. Bu haqda ilk və son dəfə danışıram. Mənim üçün bu məsələ bağlandı. Dinə bağlı insanam, mənə belə hərəkətlər edilməməliydi. Sosial şəbəkədəki statusuma gəldikdə isə, kim necə istəyir, o cür də qəbul etsin”.

Qeyd edək ki, S.Allahverdiyeva "Facebook" hesabına bu sözləri yazıb:

“Allah səni bildiyi kimi etsin bu həyatda. Heç vaxt xoşbəxtlik nədir, bilməyəsən. Etdiyin ibadət sənə haram olsun. Qıldığın namaz, tutduğun oruc qəbul olunmayacaq, ay bədbəxt".