Türkiyə gözəli: "Məni İrinaya yox, Tuğbaya oxşadın"
Dünya
15:22 / 02.07.14
3216dəfə oxunub
A-
A
A+
2014-cü ilin Türkiyə gözəli seçilmiş model Əminə Gülşə jurnallardan birinə müsahibə verib.
Axşam.az-ın "Hürriyət"ə istinadən məlumatına görə, "Dünya gözəli" yarışmasına hazırlaşan Əminə İrina Şeykə yox, aktrisa Tuğba Büyüküstünə bənzəmək istədiyini açıqlayıb:
"Məni İrina Şeykə, Adriana Limaya oxşadırlar. Bu, çox qürurvericidir. Ancaq bizdə niyə türk qızlarını xaricilərə bənzətmək adəti var, bilmirəm. Məsələn, Tuğba Büyüküstün də çox gözəl qadındır. O da alagöz, qaraşındır. Məni kiməsə oxşatmaq istəyirlərsə, qoy həmin adam Tuğba olsun. Qərara gəlmişəm: gələcəkdə insanlar məni xarici modellərə yox, onları mənə oxşadacaqlar".