"Hələ bu harasıdır, daha açıq-saçıq geyinəcəm" - fotolar
Ölkə
16:01 / 02.07.14
6714dəfə oxunub
A-
A
A+
Müğənni Rəqsanə İsmayılova “Yaşıl Teatr”da baş tutan konsertindəki geyimlərinin söz-söhbətə səbəb olmasına əhəmiyyət vermədiyini deyib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Şou+” verilişinə açıqlamasında daha da açıq-saçıq geyinəcəyini söyləyib:
“Libaslarım çox iddialı idi. Bir ay bunun söz-söhbəti gedəcək, yazacaqlar, danışacaqlar. Amma qoy danışsınlar, əhəmiyyət vermirəm. Hələ bu harasıdır, qarşıda bundan da açıq-saçıq geyinəcəm”.
Sənətçinin libaslarının dizayneri qızı Aysun İsmayılova isə “anamın bədən quruluşuna bələd idim. Ona görə də, belə cəsarətli libaslar hazırladım. Qarşıda daha da betərləri var” deyə əlavə edib.