Ötən il olduğu kimi, bu il də dünyaca məşhur “Number one” layihəsi Azərbaycanda da gerçəkləşdiriləcək. Axşam.az-ın məlumatına görə, sentyabrın 7-də baş tutacaq qala gecəsində il ərzində uğur qazanmış sənət adamları , müğənnilər, rejissorlar, prodüserlər, aktrisalar, modellər, filmlər, verilişlər , telekanallar, şairlər, bəstəkarlar və digər xidmət sahələrinin nümayəndələri mükafatlandırılacaq. Layihənin rəhbəri, teleaparıcı Tural Ozan bu dəfə mərasimin fərqli və dünya standartlarına uyğun olacağını bildirib:
“Hal-hazırda “Number one” layihəsi Azərbaycanda keyfiyyətli mükafatlandırma mərasimidir. Nominantlar arasında güclü mübarizə var. Yenilik də etmişik: ilin uğurlu məşhurları ilə yanaşı, uğursuzlarını da seçəcəyik. Nəticələr onlayn şəkildə və eyni zamanda, sosial şəbəkələrdə aparılan sorğular əsasında bəlli olur”.