İrina: “Başqalarının nə düşündüyü Ronaldoyla məni maraqlandırmır”

İrina: “Başqalarının nə düşündüyü Ronaldoyla məni maraqlandırmır”
2496 dəfə oxunub
  • A-
  • A
  • A+

28 yaşlı model İrina Şeyk “Maxim” kişi jurnalının üz qabığını bəzəyib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ulduz dərgiyə verdiyi müsahibədə ətrafdakı insanların fikirlərinə əhəmiyyət vermədiyini deyib:

“Başqalarının nə düşündüyü Ronaldoyla məni maraqlandırmır. Kimin xoşuna gəlib-gəlməməyinin heç bir əhəmiyyəti yoxdur. Ancaq irəliyə getmək haqqında düşünmək lazımdır”.

İşindən də söz açan İrina çox ciddi olduğunu deyib:

“Mən işimə dırnaqarası baxmıram. Mənim üçün bu, biznesdir, gəlir gətirən hansısa məşğuliyyət deyil. İşimdə ən çox 2 məqam məni sevindirir: maliyyə və müstəqillik”.