Londonda yerləşən “Madam Tüsso” muzeyində mum heykəli qoyulan Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltona jest edilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər biri üçün 150 min funt sterlinq xərclənən heykəlləri yeniləri əvəzləyib.
Onların geyimi dəyişdirilərək ziyafət libasları ilə daha da dəbdəbəli formaya salınıb. Keyt ipəkdən olan donu və maraqlı və sadə saç düzümü ilə maraq doğurub. Uilyam da ötən heykəldəkindən fərqli görünüb.
Xatırladaq ki, cütlüyün ilk mum heykəli onların nişanlarının ildönümündə təqdim edilmişdi.