Leyla Əliyevanın ad günüdür - fotolar

Leyla Əliyevanın ad günüdür - fotolar
9546 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkə başçısı İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın bu gün ad günüdür.

Axşam.az-ın məlumatına görə, L.Əliyeva 1985-ci ildə Moskva şəhərində anadan olub.

Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.

2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsisçisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri secilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

2006-cı il aprelin 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə əkiz oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.