Bir qədər əvvəl Dünya çempionatı üçün Braziliyaya yollanan tanınmış model Adriana Lima bu dəfə Parisdə görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Victoria's Secret"'in məşhur siması əyləncə məkanlarından birində dostları ilə şənlənərkən fotokameralara tuş gəlib.
Qeyd edək ki, Adriana 2009-cu ildə ailə qurduğu, basketbolçu həyat yoldaşı Marko Yariç tərəfindən xəyanətə uğraması səbəbindən ondan boşanmaq qərarına gəlib.