Rafet El Roman evlənir

Rafet El Roman evlənir
1970 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Rafet El Roman və nişanlısı Ceren Kaplakarslanın toyu olacaq.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, yaşayacaqları evə qərar verməyə çalışan cütlük qohumlarının iştirakı ilə iyulun 16-da Almaniyada ailə quracaq. Ceren bu yaxınlarda ABŞ-dan Türkiyəyə gələcək ailəsi ilə birlikdə iyulun 13-də Almaniyaya yollanacaq. Rafet və nişanlısı daha sonra İstanbulda dostları üçün də toy mərasimi təşkil edəcəklər.

Qeyd edək ki, müğənni daha əvvəl model Tuğba Altıntopla 1996-cı ildə ailə qurub, 2004-cü ildə isə boşanıb. Cütlüyün bu nikahdan iki qızı var.