Ukraynalı model Culietta Qusarova “fcg.az” saytına müsahibə verib. Axşam.az-ın məlumatına görə, işlərini yarımçıq qoyub, Bakıda yaşamağa gələn model səyahət vurğunu olduğunu bildirib:
“Səyahəti sevirəm. Dünyanın bir çox yerlərini gəzmişəm. Hər ölkənin bir xatirəsi var. Bakıda olarkən hiss etdim ki, bura yaşaya, yarada biləcəyim gözəl məkandır. Bu şəhər mənim üçün yaradılıb. Kiyevin mərkəzindəki evimi, sevimli balığımı, qarderobumu, yaxınlarımı, valideynlərimi, işimi qoyub, heç düşünmədən Bakıya gəldim. Qəlbim bu şəhərə aiddir”.
Formada qalmağının sirrini açan Culietta buna rəqs vasitəsiylə nail olduğunu bildirib. O, uşaqlıqdan rəqslə məşğul olduğunu söyləyib.