"MS" (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulan və xəstəxanaya yerləşdirilən türkiyəli müğənni Sərdar Ortaç və xanımı Xloe Luqnan dava ediblər.
Axşam.az-ın "Milliyət"ə istinadən xəbərinə görə, cütlüyün xəstəxanada mübahisəsi düşüb. Son zamanlar palatadakı şəkillərini paylaşan müğənniyə əsəbləşən Xloe "bəsdir, daha! Özünə gəl! Sənə "öl" deyənlərin yazdıqlarını bölüşürsən. Belə olan halda xəstəliyinə qalib gələ bilməzsən" deyə çığırıb.
Məlumata görə, xanımı S.Ortaçın mobil telefonunu da əlindən almaq istəyib. Həyat yoldaşı xəstəxanadan getdikdən sonra isə müğənni "Twitter" hesabından "bu yalan dünyada dostum yoxdur" sözlərini yazıb.
Qeyd edək ki, Sərdar Ortaç və irlandiyalı xanımı Xloe Luqnan 26 gündür ki, ailə qurublar.