Məşhur ispaniyalı ulduz Penelope Kruz baş rolda oynadığı "Ma Ma" filminin çəkilişləri üçün Tenerife adasındadır.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ekran işində ana obrazını canlandıran aktrisa fasilələr zamanı uşaqlarına vaxt ayırıb. Aktyor Xavyer Bardem ilə ailəli olan Penelope oğlu Leo və qızı Luna ilə birlikdə dəniz sahilində dincəlib. Uşaqları ilə əyləncəli gün keçirən ulduz qırmızı çimərlik paltarında dənizə girib, günəş vannası qəbul edib.
Aktrisanın doğuşdan sonra yaranan artıq çəkilərindən tamamilə xilas olmadığı gözlərdən yayınmayıb.