Latin Amerikasının “Emmy”si adlandırılan "Produ Awards 2023" mükafatlarına layiq görünənlər arasında türkiyəli aktyorlar da yer alıb.
Axşam.az xəbər verir ki, aktrisa Pınar Dəniz “Xarici dildə ən yaxşı aktrisa”, Mərt Ramazan Dəmir isə “Xarici dildə ən yaxşı aktyor” mükafatına layiq görülüb.
Qeyd edək ki, Pınar hazırda "Yarqı", Mərt isə "Yalı çapkını" serialında rol alır.