Məşhur ulduz Skarlet Yohansson internetdə onun fotosundan istifadə edərək reklam kampaniyası yayımlanılmasından şikayətçidir.
Axşam.az-ın məlumatına görə, bu səbəbdən aktrisa "Lisa AI: 90s Yearbook & Avatar" adlı "deepfake" (süni intellekt neyron şəbəkələrindən istifadə edərək yaradılan foto, audio və video materialların, səsin sintezi üçün texnologiya) tətbiqini məhkəməyə verib. Bu barədə Variety aktrisanın vəkilinə istinadən məlumat yayıb.
Qeyd edək ki, oktyabrın sonunda "X" sosial şəbəkəsində Skarletin simasından istifadə edilərək reklam yayımlanıb. Paylaşım daha sonra silinib.