Yutub blogeri "MrBeast" (əsl adı Cimmi Donaldson) Afrikanın bir neçə ölkəsində 100 quyu açdırıb.
Axşam.az xəbər verir ki, bloger Keniya, Zimbabve, Uqanda, Somali və Kamerunun kəndlərindəki quyularla yarım milyondan çox insanı su ilə təmin edib.
Cimmi öz səhifəsində paylaşdığı videoda yerli sakinlər tərəfindən necə qarşılandığını və onların hansı problemlərlə üzləşdiyini göstərib.
Hər bir qəsəbədə onların gəlişi bayram kimi qeyd olunub və blogerə köməkliyinə görə təşəkkür edilib.
Qeyd edək ki, "MrBeast" "Forbes"in 2023-cü il reytinqində ən uğurlu məzmun yaradıcıları siyahısında 82 milyon dollarla birinci yerdə qərarlaşıb.