Türkiyəli şoumen Mehmet Əli Ərbil avtobillə ağır qəza törədib.
Axşam.az xəbər verir ki, Yeniköy səmtində olan evinə gedən şoumen qəzaya düşüb. Hazırda Ərbilin vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə nəticəsində onun maşının yararsız vəziyyətə düşüb. Qəzanın baş vermə səbəbi hələlik açıqlanmayıb.