"Adım Farah" serialının aktyor heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, aktyor Ali Sürmeli yenidən ekran işində rol alacaq. "Orhan Koşaner" obrazına həyat verən aktyor ötən mövsüm layihədən ayrılmışdı.
Bundan başqa, serialda aktrisa Berrak Kuş "Farah"ın anası "Gülsima"ya həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Demet Özdəmirlə Engin Akyürek canlandırır. Layihə reytinqdə irəliləməyəcəyi təqdirdə 26-cı bölümdə final edəcək.

