Xəyanətə görə sevgilisi Neymardan ayrıldı

Xəyanətə görə sevgilisi Neymardan ayrıldı
1191 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur braziliyalı futbolçu Neymarın sevgilisi Bruna Biankardidən ayrılıb.

Axşam.az xəbər verir ki, buna səbəb idmançının sevgilisinə xəyənat etməsi olub. Bruna Neymarla xəyanət etməyəcəyinə dair müqavilə bağlasa da, o buna əməl etməyib.

Bu barədə Bruna sosial media hesabında yazıb. O, Neymarla münasibətdə olmadığını və onları birləşdirən yeganə bağın iki aylıq qızlarının olduğunu bildirib.

Qeyd edək ki, Neymarın keçmiş sevgilisi Karolina Dantasdan 12 yaşlı Devi Lukka adlı oğlu da var.