"Qalkini müdafiə etdiyim üçün zərbə aldım" - Kirkorov

"Qalkini müdafiə etdiyim üçün zərbə aldım" - Kirkorov
923 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov məşhur şoumen Maksim Qalkini müharibənin ilk dövrlərində dəstəkləməsindən danışıb.

Axşam.az xəbər verir ki, müğənni bundan peşman olduğunu bildirib. Kirkorov vurğulayıb ki, buna görə o, təhqirlərlə üzləşib:

"Hansı dövrdən keçdiyimi təsəvvür edə bilməzsiniz. Xarici agentin (Qalkin - red.) müdafiəsinə qalxdığım üçün zərbə aldım. Gözləmirdim ki, bütün bunlardan sonra Maksim məni şoularında təhqir edəcək".

Qeyd edək ki, Kirkorov Qalkinin xanımı, Rusiyanın Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı olub.

Qalkin ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib.