2 ay sonra ölüm səbəbi açıqlandı

2 ay sonra ölüm səbəbi açıqlandı
1906 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Dostlar" serialının ulduzu Metyu Perri oktyabrda vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı aktyorun cansız bədəni Kaliforniyadakı evinin cakuzisində tapılıb. Uzun müddətdir onun ölüm səbəbi araşdırılır. İki ay sonra tibb mütəxəssisləri aktyorun ölümünün əsas səbəbini açıqlayıblar.

CNN bununla bağlı açıqlama qeyd edib ki, M.Perrinin ölümü depressiya ilə mübarizə üçün istifadə etdiyi ketaminin kəskin təsirindən yaranan bədbəxt hadisə nəticəsində baş verib.

Aktyorun ölümünə səbəb olan amilin boğulma olduğu vurğulanıb, o, huşunu itirib və bu, yəqin ki, cakuziyə yıxılmağa səbəb olub. M. Perrinin ölümünün digər səbəblərinə koronar ürək xəstəliyi və opioid istifadəsi pozğunluğunun müalicəsində istifadə edilən buprenorfinə məruz qalma daxildir.