Türkiyədə yayımlanan "Yalı çapkını" serialının heyətində növbəti dəfə dəyişiklik ediləcək.
Axşam.az xəbər verir ki, ekran işi yayım şirkətinin bir başqa yeni layihəsi olan "Sakla beni" serialı ilə bölümlərin birində birləşəcək. Bu barədə "Sakla beni"nin aktrisası Ceyda Dümənci məlumat yayıb.
Hələlik hansı serialda kimlərin bir araya gələcəyi bəlli deyil.
Xatırladaq ki, "Yalı çapkını" serialına daha əvvəl "Ömər"in aktyorları qonaq olmuşdu.
Qeyd edək ki, ötən mövsüm "Yalı çapkını"nda rol alan aktyor Baran Bölükbaşı hazırda "Sakla beni"nin heyətində yer alır.