Məşhur telekanalın adı dəyişəcək

Məşhur telekanalın adı dəyişəcək
2379 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur telekanallarından olan "FOX TV"nin adının dəyişdiriləcəyi iddia edilib.

Axşam.az xəbər verir ki, buna səbəb telekanalın "Disney" tərəfindən satın alınması olub. Kanalın adı fevralda dəyişəcək. Yeni təqdimat üçün artıq telekanalın tanınmış simaları və məşhurlarla çəkilişlərin aparıldığı bildirilib.

Kanalın yeni adı isə hələlik gizli saxlanılır.

"FOX TV" iddialarla bağlı açıqlama yaymayıb.