Rusiyanın Mədəniyyət Nazirliyinin rəhbəri xarici filmlərin qanunsuz nümayişinə görə kinoteatrları bağlamaqla hədələyib.
Axşam.az xəbər verir ki, nazir Olqa Lyubimova "RİA Novosti"yə müsahibəsində pirat üsulla filmləri nümayiş etdirən kinoteatrlara sanksiyalar tətbiq olunacağını bildirib:
“Pirat nümayişlərlə mübarizə üçün çox rahat mexanizmlər var. Birinci kiçik, ikinci böyük cərimələr. Amma daha sonra bu təcrübə davam edərsə, iki-üç özəl kinoteatr bağlana bilər. Bunlar həm də bələdiyyə kinoteatrlarına da aiddir".
O qeyd edib ki, xarici filmlər qanunlara uyğundursa, yayım sertifikatı alacaq.
Xatırladaq ki, 2021-ci ildən 2023-cü ilə qədər qeyri-qanuni audio, video və kitab xidmətləri bazarı 71,4%-ə qədər artaraq, 7-dən 12 milyard rubla (təxminən 228 milyon manat) qədər artıb.