Kirkorova daha bir zərbə

Kirkorova daha bir zərbə
880 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov qatıldığı çılpaq partiyə görə daha bir zərbə alıb. 

Axşam.az xəbər verir ki, müğənni rol aldığı “Сваты” serialından uzaqlaşdırılıb. 

Daha əvvəl isə Kirkorov “Mavi işıqlar”, “Milad” konserti və “İlin mahnısı”ndan uzaqlaşdırılmışdı. Kirkorov bunun onun üçün böyük zərbə olduğunu deyib. 

Ekran işində Kirkorov özünü canlandırıb. Orada ifaçını "Əziz Filipp" adlandırırdılar. Fraqment 2010-cu ildə lentə alınıb. Lakin indi həmin hissə montaj olunaraq çıxarılıb.

Qeyd edək ki, Kirkorov aparıcı Nastya İvleevanın keçirdiyi çılpaq partiyə qatılıb.