Hollivudun ən xoşbəxt və uzunömürlü cütlük olan Penelope Kruz və Havier Bardem bu dəfə aktrisanın açıqlaması ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, cütlük nadir hallarda paparasilərə yaxalanır və ya şəxsi həyatlarından danışırlar.
Kruz "ELLE" jurnalına müsahibə verib. O, Havyerin həyat yoldaşı olmağın necə bir duyğu olmasından danışıb:
"Evdə Havier Bardem olanda TikTok kimə lazımdır? Əla oxuyur və rəqs edir. O, Mayk Cagger obrazını heyrətamiz canlandırır. O, Al Paçino və De Nironun bir-biri ilə danışmasını parodiya edir. Bu, inanılmazdır".
O bildirib ki, əri qısqanc görünür, amma evdə tam başqa cürdür.
Qeyd edək ki, cütlüyün iki övladı var: 13 yaşlı Leonardo və 11 yaşlı Luna.