"Emili Paris"dənin aktrisası xəstəxanaya yerləşdirilib

"Emili Paris"dənin aktrisası xəstəxanaya yerləşdirilib
403 dəfə oxunub
  • A-
  • A
  • A+

"Emili Paris"dənin ulduzu Eşli Park serialın yeni sezonunun çəkilişləri başlayarkən xəstəxanalıq olub.

Axşam.az xəbər verir ki, xəstəxanadan görüntü yayımlayan aktrisa səhhətində ciddi problemlər olduğunu bildirib. Dekabrda tətil zamanı aktrisa septik şoka çevrilən və bir anda bir neçə orqana təsir edən tonzillit yarandığını deyib. 

Eşli bildirib ki, xarici ölkədə üç xəstəxanada yatıb, müalicə alıb, reanimasiyada qalıb. O, ağrıların dözülməz olduğunu, saysız-hesabsız dərman içdiyini deyib. 

O əlavə edib ki, artıq sağalmaq üzrədir.