"Bozun 50 çaları"nın aktyoru infarkt keçirdi

"Bozun 50 çaları"nın aktyoru infarkt keçirdi
834 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bozun əlli çaları” filminin ulduzu Ceymi Dornan Portuqaliyada istirahətdə olarkən xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

41 yaşlı aktyorun dostu Qordon Smart bildirib ki, istirahət zamanı onlar birlikdə qolf oynayıblar. Bir müddət sonra isə səhhətləri pisləşməyə doğru gedib. Ulduzda infarkt əlamətləri, dostunun isə sol qolunda uyuşmalar və sürətli ürək döyüntüsü müşahidə olunub.

Bundan sonra sənətçinin Qordon xəstəxanaya gedib və o, otelə qayıdanda Ceymi Dornanın tibbi avadanlıqlara bağlı olduğunu görüb.

Həkimlər onların səhhətindəki problemin Portuqaliyanın cənubunda yaşayan kiçik zəhərli tırtılların səbəb olduğunu bildiriblər. Sözügedən həşəratların tüklərində dəri, göz və boğazda qıcıqlanmaya səbəb olan və həmçinin 40 yaşlarında kişilərdə infarktlara səbəb olan taumetopoin maddəsi var.