Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.
Axşam.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.
O qeyd edib ki, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 nəfər həlak olub.
Ölənlərdən 40-ı güllə yaralarından, 45-i isə yanğın nəticəsində dünyasını dəyişib.