Dəhşətli hadisədə valideynlərini itirən uşaqlara 1,5 milyon bağışladı

Dəhşətli hadisədə valideynlərini itirən uşaqlara 1,5 milyon bağışladı
793 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı jurnalist Kseniya Sobçak “Crocus City Hall”da baş verən terror aktında valideynini itirən uşaqlara yardım edib. 

Axşam.az xəbər verir ki, Vasya və Mişa Sokolov adlı uşaqlar martın 22-də baş verən faciədə həlak olub. İndi oğlanlar əmilərinin yanında qalırlar. Daha iki uşaq - Varya və Vova Dorofeyev bacı-qardaşları da valideynsiz qalıblar. Onların isə yalnız bir nənəsi var. 

Ksenya onlara yardım edərək, hesablarına pul köçürüb. 

"Uşaqların ailələrinə 1,5 milyon köçürdüm: Vasya və Mişa Sokolov, Varya və Vova Dorofeyev. Neçə gündür əlaqə saxlamağa çalışırdıq. Oğlanların dayısı Stanislavla, o birilərin isə nənəsi İrina Vyaçeslavovna ilə danışdım. Pul onlara köçürüldü" deyə, Sobçak yazıb. 

Bundan əlavə aparıcı uşaqların təhsilinə yardım edəcəyini deyib:

"Maddi yardımdan əlavə, təhsil baxımından uşaqlara qəyyumluq edəcəyəm. Pullu universitetlərə, lazım gələrsə repetitorlara kömək edəcəyəm. Varyanın artıq 14 yaşı var, Vasya 10-cu sinifində oxuyur, Mişa ilə Vovanın da məzun olmasına çox vaxtı yoxdur. Ailə daxilində nə seçəcəklərindən asılı olaraq pulunu ödəyib yaxşı məktəblərə və yaxşı universitetlərə yerləşdirəcəyəm".

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında 139 nəfərhəlak olub. Konsert zalına daxil olan terrorçular tamaşaçılara atəş açıb və bir neçə partlayış törədiblər, bundan sonra binada güclü yanğın başlayıb. Martın 23-də FTX-nin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə “Crocus”da terror aktının hazırlanmasında və həyata keçirilməsində iştirak edən 11 nəfərin saxlanılması barədə məruzə edib. Martın 24-ü Rusiyada milli matəm günü elan edilib.