Ağalarovlar terrordan zərərçəkənlərə 100 milyon göndərdi

Ağalarovlar terrordan zərərçəkənlərə 100 milyon göndərdi
1086 dəfə oxunub
  • A-
  • A
  • A+

“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov və oğlu, Xalq artisti Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı zamanı zərərçəkənlərə yardım üçün 100 milyon rubl göndərib.

Axşam.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.

Bildirilib ki, vəsait xəsarət alanların ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib.

Şirkət həmçinin qeyd edib ki, Müslüm Maqomayev Fondu da həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.

Yaxın vaxtlarda ianə toplanışında iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında 140 nəfər həlak olub. Konsert zalına daxil olan terrorçular tamaşaçılara atəş açıb və bir neçə partlayış törədiblər, bundan sonra binada güclü yanğın başlayıb.