Xarici agent kimi tanınması üçün prosedurlar başladıldı

Xarici agent kimi tanınması üçün prosedurlar başladıldı
563 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın xarici agent kimi tanınması üçün prosedurlara başlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Federal Layihənin rəhbəri Vitali Borodin sosial şəbəkədə yazıb.

O, tənzimləyici orqanların bu məsələni sona qədər görəcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Borodin müğənninin ifadələrinə görə yoxlanılması xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət ünvanlamışdı. Buna səbəb isə Puqaçovanın instaqramda yayımladığı videoda “Normal insanlar Rusiyaya qayıtmaq niyyətində deyil” deməsi olmuşdu.

Xatırladaq ki, Alla Puqaçovanın şoumen həyat yoldaşı Maksim Qalkin Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.