"Titanik" filmindəki qapı satıldı - Foto

"Titanik" filmindəki qapı satıldı - Foto
1318 dəfə oxunub
  • A-
  • A
  • A+

"Titanik" filminin sonuncu səhnələrində yer alan qapı ABŞ-də hərraca çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzunluğu təxminən 2,44 metr, eni isə təxminən 1,04 metr olan qapı hərracda 718 min dollara satılıb.

Lotun başlanğıc qiyməti isə 40 min dollar qədərində dəyərləndirilmişdi.

Qeyd edək ki, filmin sonunda Rouz (Keyt Uinslet) sözügedən sınmış qapı ilə xilas olur. Cek (Leonardo DiKaprio) isə sevgilisi üçün özünü qurban verir və soyuq suda donur.