Kerem Bürsin koronavirusa yoluxdu

Kerem Bürsin koronavirusa yoluxdu
500 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş rollarda Kerem Bürsin və Devrim Özkanın çəkildiyi "Mavi mağara" filminin məşqləri zamanı xoşagəlməz hadisə baş verib.

Axşam.az xəbər verir ki, kamera qarşısına keçməyə hazırlaşan Bürsin koronavirusa yoluxub.

Bir neçə gündür reklam çəkilişləri ilə məşğul olan aktyor dünən "Mavi mağara" setinə getməyə hazırlaşarkən xəstələnib. Analiz verən aktyorda koronavirus aşkarlanıb. Çəkilişlər aprelin 2-nə qədər təxirə salınıb.

Qeyd edək ki, filmdə Cem adlı əsgəri Kerem Bürsin canlandıracaq. Ssenarisini də yazdığı filmin rejissoru Altan Dönmez olacaq. İstanbulda başlayacaq "Mavi mağara"nın çəkilişləri Kaşda davam edəcək.