Coli ilə Pitt arasındakı 8 illik məhkəmə bitir

Coli ilə Pitt arasındakı 8 illik məhkəmə bitir
548 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli və Bred Bitt arasındakı 8 ildir davam edən məhkəmə prosesi yekunlaşmaq üzərədir.

Axşam.az xəbər verir ki, bir insayder "Daily Mail"ə açıqlama verib. O bildirib ki, Bred Pitt artıq uşaqların qəyyumluğu üçün mübarizə aparmaqdan yorulub. O, tezliklə məhkəməni yekunlaşdırmaq qərarına gəlib. 

Pitt artıq üçü övladlıq olan 6 uşağı uğrunda Coliyə etiraz etməkdən əl çəkib. Bu isə o deməkdir ki, Coli uşaqların tam qəyyumluğunu özündə saxlayacaq. Pitt isə hələ də onları görmək üçün məhkəmədən ziyarət hüququ alacaq.

Nəşrdə yazılıb ki, 3 uşaq 18 yaşından yuxarı olduğu üçün, qərar vermək haqları var: 22 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahar. Hazırda aktyorun övladları ilə münasibəti gərgindir. Bitt bu küsülülüyü aradan qaldırmağa çalışır.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2005-ci ildə “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı tanış olub görüşməyə başlayıblar. Baxmayaraq ki, aktyor o zaman tezliklə boşandığı Cennifer Enistonla evli idi (şayiələrə görə, Coli bunu “asanlaşdırıb”). Pitt və Coli 2014-cü ildə evlənsələr də, aktrisa 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində yaranan ciddi mübahisədən sonra boşanmaq üçün məhkəməyə ərizə verib. Bundan sonra Coli onu özünə və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Bredin özü hər şeyi inkar edib. Ayrılıqdan sonra cütlük üçü övladlığa götürülən altı uşağın himayəsi və “Chateau Miraval” şərab zavodu ilə bağlı məsələlərin həllinə uzun illər sərf etdilər.