Keçmiş sevgilisi reperi təcavüzdə günahlandırır

Keçmiş sevgilisi reperi təcavüzdə günahlandırır
654 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper 50 Centin (əsl adı Kertis Cekson) keçmiş sevgilisi Dəfnə Coy onunla bağlı iddia irəli sürüb. 

Axşam.az xəbər verir ki, Dəfnə ifaçını ona təcavüz etməkdə günahlandırıb. Qız bu barədə instaqramda yazıb.

"Kertis Ceyms Cekson. Təhlükəsizliyimiz təhdid edilənə qədər hər şey sizin üçün zarafatdır, indi baş verənlər budur. İnsanların həyatında əsl xaosa və çılğınlığa səbəb olursunuz. Oğlumuza ata olmaq imkanı vermək üçün Nyu-Yorka köçdük. Səndən bir addım aralıda aşadığımıza baxmayaraq, sən 2 il ərzində oğlumuzu ancaq 10 dəfə gördün. Oğlumun gözündə sənin nüfuzunu qorumağa çalışmaqdan yoruldum. Bir ata olmağına, ailəmizi qorumağa çalışmaqdan yoruldum" deyə, o, paylaşımında qeyd edib.

Dəfnə daha sonra repçinin ona təcavüz etdiyini iddia edib:

"Gəlin diqqətinizi əsl yaramaz hərəkətlərinizə yönəldək: zorlama və mənə qarşı fiziki zorakılıq".

Reperin ittihamlara münasibəti gecikməyib. Onun nümayəndəsi 50 Cent adından verdiyi açıqlamada, "Onun ittihamları oğlumun qəyyumluğunu almaq üçündür. O, məndən daha bir uşaq dünyaya gətirmək istəyirdi. Buna görə mənə yaxınlaşmışdı" sözləri yer alıb.