Yıldız Tilbe təqaüdə çıxdığını açıqladı

Yıldız Tilbe təqaüdə çıxdığını açıqladı
694 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Yıldız Tilbe təqaüdə çıxdığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, özü sosial media hesabında məlumat yayıb.

57 yaşlı Tilbe ona təyin olunan məbləğdən şikayətlənib:

"Təqaüdə çıxdım. Əvvəllər təqaüdə çıxanda ev, maşın almaq, ya da iş qurmaq olurdu. İndikilərə Allah kömək olsun, çünki başqa yardım edən yoxdur. Kiməsə möhtac olmamaq üçün ömür boyu işləməyin qarşılığı bu maaşdır?".