Kristofer Nolan "cəngavər" titulu alacaq

Kristofer Nolan "cəngavər" titulu alacaq
270 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oppenheymer" filminə görə "Oskar" qazanan rejissor Kristofer Nolan "cəngavər" titulu alacaq.

Axşam.az xəbər verir ki,bu barədə "Sky News" telekanalı Britaniya hökumətinin sənədlərinə istinadən məlumat yayıb.

Eyni zamanda Nolanın həyat yoldaşı, kinoprodüser Emma Tomas da "xanım" tituluna sahib olacaq.

Qeyd edək ki, məşhurlar arasında britaniyalı aktyorlar Şon Konneri, Entoni Hopkins, Benedikt Kamberbatç, Eddi Redmeyn, Hyu Lori "Cəngavər" statusuna malikdir.