Kral mütəxəssisi Middltonun xəstəliyini açıqlayıb

Kral mütəxəssisi Middltonun xəstəliyini açıqlayıb
1360 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, şahzadə Keyt Midlton xərçəngdən əziyyət çəkdiyini açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, ona xərçəngin hansı növü ilə bağlı diaqnoz qoyulmasını müzakirə edir.

Kral eksperti Mark Roş Bukingem Sarayındakı öz mənbələrinə istinadən Fransanın “Qala” nəşrinə bununla bağlı açıqlama verib.

"İnsayderin dediyinə görə, bütün əlamətlər onun histerektomiya (uşaqlığın çıxarılması üçün cərrahiyyə əməliyyatı) keçirməsi və kolonunun (bağırsaq xərçəngi) olmasıdır" deyə, o, bildirib. 

Xatırladaq ki, martın 22-də Uels şahzadəsi qarında əməliyyat nəticəsində bədxassəli şiş diaqnozu qoyulduğunu etiraf etdiyi videomüraciət yayıb. Keyt dəqiq diaqnozunu açıqlamasa da, hazırda profilaktik kimyaterapiyadan keçdiyini bildirib.

Bir neçə gün əvvəl bir insayder, həyat yoldaşının diaqnozu xəbərindən sonra Şahzadə Uilyamın depressiya həddində olduğunu bildirib.