Türkiyəli müğənni muxtar seçildi

Türkiyəli müğənni muxtar seçildi
409 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Hilal Özdemir Suadiye məhəlləsinin muxtarı seçilib.

Axşam.az xəbər verir ki, yerli idarəetmə orqanlarına seçkilərdə namizədliyini irəli sürən Özdemir qalib gəlib.

"Hörmətli Suadiye sakinləri, 31 mart tarixində yerli seçkilərdə mənə və komandama səs verən və qalib gəlməyimizə kömək edən hər kəsə təşəkkür edirəm. Yeni dövrdə də sizlərlə birlikdə məhəlləmizə gözəl xidmətlər göstərməyə davam edəcəyik" deyə, o, paylaşımında yazıb.