Kristina Orbakayte Amerikada qalmaqala səbəb oldu

Kristina Orbakayte Amerikada qalmaqala səbəb oldu
428 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Rusiyanın Əməkdar artisti Kristina Orbakayte ABŞ-dəki qalmaqaldan sonra Fransaya gedib.

Axşam.az xəbər verir ki, ifaçı Parisdə çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb.

Belə ki, amerikalılar müğənninin Nyu-Yorkdakı konsertinin yüksək qiymətlərindən qəzəbləniblər. Barda keçiriləcək konsert üçün biletlərin qiyməti 350-450 dollar təşkil edib. Bu məbləğə vergilər daxil deyil.

Orbakayte Toronto, Vankuver, Sietl, San-Fransisko, Los-Anceles, Mayami, Filadelfiya, Boston və Nyu-Yorkda çıxış etməyi planlaşdırır. Şoular sentyabrın 18-dən 28-dək keçiriləcək.