Həyat yoldaşı aktrisaya xəyanət etdi, gizli boşandılar

Həyat yoldaşı aktrisaya xəyanət etdi, gizli boşandılar
1315 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Zeynəb Beşerler həyat yoldaşı Emir İçgörendən boşanıb.

Axşam.az "Sabah"a istinadən xəbər verir ki, buna səbəb ərinin aktrisaya xəyanət etməsi olub. Bu səbəbdən ikili ötən ay gizli boşanıb.

Boşanmaq üçün məhkəməyə Emirin müraciət etdiyi bildirilib. Onun dizayner Ayşegül Kuru ilə sevgili olduğu iddia olunur.

Qeyd edək ki, Zeynəb və Emir 2013-cü ildə ailə qurub. Onların Kərəm adlı bir oğlu var.