"Brilyant əl"in aktrisasının vəziyyəti pişləşib

"Brilyant əl"in aktrisasının vəziyyəti pişləşib
282 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnayanın vəziyyəti pisləşib.

Axşam.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 83 yaşlı aktrisa gəzə bilmir və son vaxtlar əlil arabasından istifadə edir. Ayaqlarındakı şiddətli ağrılardan şikayətlənən Svetliçnayaya ikinci dərəcəli diz osteoartriti diaqnozu qoyulub.

"StarHit"in məlumatına görə, o, martın sonlarında miokard infarkt keçirib və reanimasiyaya yerləşdirilib. Aktrisa bundan sonra yemək və içməkdən kəsilib. Svetliçnaya hazırda Qannuşkin adına Xəstəxananın psixiatriya bölməsində müalicə alır.

Bundan başqa, Svetliçnayada hipertonik xəstəlik, həmçinin böyrək çatışmazlığı kəskinləşib.

Xatırladaq ki, aktrisa 2021-ci ildə itkin düşmüş və bir neçə gündən sonra tapılmışdı. Ona beyin zədələnməsi diaqnozu qoyularaq psixiatrik klinikaya yerləşdirilmişdi.

Qeyd edək ki, o, "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yerini dəyişdirmək olmaz" kimi bir çox filmlərdə rol alıb.