21 il sonra yenidən "Avroviziya" səhnəsində - Video

21 il sonra yenidən "Avroviziya" səhnəsində - Video
727 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sertab Erener 21 ildən sonra yenidən "Avroviziya" səhnəsində çıxış edib.

Axşam.az-ın məlumatına görə, ifaçı ötən gün yarışmanın ikinci yarımfinalda qonaq qismində səhnə alıb.

O, 2003-cü ildə sözügedən yarışmada ölkəsinə ilk birinciliyi qazandıran "Everyway That I Can" mahnısını fərqli versiyada ifa edib.

Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

Müsabiqənin finalı mayın 11-də keçiriləcək. Son mərhələyə birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.